Yasamalda səki zəbt edildi: Piyadalar üçün keçəcək yer qalmadı - FOTO

Paytaxtın Yasamal rayonu, Kazım Kazımzadə küçəsində sürücülər tərəfindən kütləvi şəkildə yol hərəkəti qaydalarının pozulduğu bildirilir.
Avtosfer.az-a müraciət edən izləyici çəkdiyi fotoşəkilləri redaksiyanın “Instagram” səhifəsinə göndərib.
Fotolardan göründüyü kimi, 50-EZ-652 dövlət nömrə nişanlı “KIA” markalı, 99-UP-345 dövlət nömrə nişanlı “Hyundai” markalı, eləcə də “Nissan” markalı və digər avtomobillər piyada səkisində park edilib. Nəticədə səki tamamilə zəbt olunub və piyadaların hərəkəti çətinləşib.
Xüsusilə əlilliyi olan şəxslər, eləcə də uşaq arabası ilə hərəkət edən valideynlər səkidən istifadə edə bilmədikləri üçün çətinliklə üzləşirlər.
Şikayətçinin sözlərinə görə, həmin küçədə demək olar ki, hər gün oxşar mənzərə ilə qarşılaşılır.
Sakinlər aidiyyəti qurumların ərazidə nəzarəti gücləndirməsini və səkilərin avtomobillər tərəfindən zəbt edilməsinin qarşısının alınması istiqamətində tədbirlər görməsini xahiş edirlər.
Nərmin
Rusiyadan gələn sürücü Bakıda təhlükəli hərəkətlər etdi - VİDEO
Masazırda sürücü ard-arda kobud qayda pozdu - 99-FV-979 - VİDEO
Sağdan gələn maşına yol verməyən sürücü az qala qəza törədəcəkdi - VİDEO
Cərimədən yayınmaq üçün avtobusun arxasında gizlənən sürücü CƏZALANDIRILDI - VİDEO
Bakıda avtobus piyadanı vuracaqdı: Açıq qapılar, təhlükəli manevr... - VİDEO
Bayraq Meydanının yanında sürücülərin görə bilmədiyi radar - VİDEO
Avtomobilin sol tərəfindən düşən sərnişinlərin diqqətinə! Cərimə olunacaqsınız - VİDEO
Gecə saatlarında etdiyi hərəkətə görə HƏBS EDİLDİ - VİDEO
Əks yolla gələn sürücü az qala motosikletçini vuracaqdı - VİDEO
Yol verməyən sürücü motosikletçini təhlükə ilə üz-üzə qoydu - VİDEO
Bakıda motosikletçi qaydanı pozdu - VİDEO












