Sağdan gələn maşına yol verməyən sürücü az qala qəza törədəcəkdi - VİDEO

Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində kobud qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 24-də saat 09:49 radələrində Elman Qasımov və Elçin Məmmədov küçələrinin kəsişməsində qeydə alınıb.
Kadrlardan göründüyü kimi, 99-RS-041 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitəsinə yol vermədən sola manevr edib. Bu zaman o, görüntünü qeydə alan avtomobilin hərəkət trayektoriyasına çıxaraq qəza şəraiti yaradıb.
Təhlükə ilə üzləşən sürücü siqnal verərək son anda qəzanın qarşısını alıb. Hadisədən sonra sürücülər arasında qısa müddətli mübahisə də yaşanıb.
Qeyd edək ki, qanunvericiliyin tələblərinə əsasən, nizamlanmayan və eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında sürücülər sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidirlər. Həmçinin eyni əhəmiyyətli yolda sola və ya geriyə dönən sürücü qarşıdan düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir.
Nərmin
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO












