Yol nişanını tanımayan sürücülər əks yolla hərəkət etdilər - VİDEO

Göygöl yolunda qayda pozan sürücülər kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 3-də baş verib. Belə ki, 77-BO-176 qeydiyyat nişanlı "KIA" markalı və 99-LK-356 qeydiyyat nişanlı "Honda" markalı avtomobillərin sürücüləri yolda quraşdırılmış nişanın mənasını anlamadıqları üçün qaydanı pozublar. Yolun sağına quraşdırılmış 4.3 nişanı qarşıda dairəvi hərəkət təşkil edilmiş yolayrıcının olmasından xəbər versə də, sürücülər dairəyə daxil olmayaraq əks yolla hərəkət ediblər.
Apardığımız müşahidələrdən qənaətə gəlmək olur ki, əksər sürücülər avtomobili vərdiş etdikləri kimi sürürlər. Hər gün getdikləri yolda həmişə necə hərəkət ediblərsə, sabahsı gün də o cür hərəkət edirlər. Bəzən yolda nişan dəyişir, amma sürücülər yenə də əvvəki qaydada hərəkət edirlər. Bu videodakı sürücülər də qeyd etdiyimiz vərdişlə sürürlər. Onlar hələ 4.3 nişanının tam mənasını anlamırlar.
Leyla
“Niva” sürücüsü qoşa xətdən sağa-sola keçib “hoqqa” verdi - VİDEO
Baş yoldakı maşını gözardı edən sürücü az qala qəza törədəcəkdi - VİDEO
Taksi duracağı şəxsi dayanacağa çevrildi – Sürücü yer tapa bilmədi - VİDEO
Yanaşı parklanan maşınlar yolu kəsib hərəkəti çətinləşdirirlər - FOTO
Yüksək sürətlə qırmızıda keçən sürücü piyadanı qorxuya saldı - VİDEO
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO












