Yol polisi avtovağzalda sürücülərlə görüşə getdi, tapşırıq və tövsiyələr verildi - FOTO-VİDEO
Sərnişindaşıma ilə əlaqədar məhdudiyyət götürüldüyündən bu gün Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları Bakı Beynəlxalq Avtovağzalı ərazisində avtovağzal rəhbərliyi ilə birlikdə sürücülərlə görüş keçirb. Avtosfer.az xəbər verir ki, görüşdə Avtovağzalın direktoru Camal Sadıqov, BDYPİ-nin YPX Alayının qərargah rəisi, polis kapitanı Rüfət Quliyev və İdarəsinin əməkdaşı, polis baş leytenantı Toğrul Nəsirli iştirak edib.
Görüşün keçirilməsində əsas məqsəd sərnişin daşımalarını həyata keçirən sürücülərin məsuliyyətini xatırlatmaq olub. Yola çıxmazdan öncə nəqliyyat vasitələrinin texniki vəziyyəti, sürücülərin tibbi yoxlamadan keçməsi, eləcə də yolboyu istirahətin təmin olunması istiqamətində onlarla profilaktiki söhbətlər aparılıb.
Eyni zamanda, sürücüləri maraqlandıran suallar da cavablandırılıb.
Daha sonra marşrut xətlərinə yaxınlaşan DYP əməkdaşları sərnişinlərlə də söhbət edib. Açıq havada tibbi maskanın zəruriliyi aradan götürülsə də bağlı məkanlar, həmçinin nəqliyyat vasitələrində onun vacibliyi sərnişinlərin nəzərinə çatdırılıb. Onlardan xahiş edilib ki, avtobusda gedərkən qoruyucu vasitələrdən istifadə və sanitar-gigiyena qaydalarına riayət etsinlər. Hər hansı bir sərnişin səyahət zamanı özünü narahat hiss edərsə, dərhal sürücüyə xəbərdarlıq edilsin.
Avtovağzalın direktoru Camal Sadıqov nəzarətin gücləndirildiyini diqqətə çatdıraraq yol polisi ilə qarşılıqlı əməkdaşlığın faydalı olacağına ümidvar olduğunu bildirib.
Nərmin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












