Yol polisi sürücünü dünən içdiyi spirtli içkiyə görə bu gün cərimə edə bilərmi? – VƏKİLDƏN AÇIQLAMA

Ötən gün qəbul etdiyiniz spirtli içkinin təsiri qalıbsa, bu gün DYP əməkdaşları sizi sükan arxasında saxlayıb cərimə edə bilərmi?
Avtosfer.az xəbər verir ki, vəkil Emin Kiçikbəyov sosial şəbəkələrdə video paylaşaraq məsələyə aydınlıq gətirib. Vəkilin sözlərinə görə, sürücünün bu məsələ ilə bağlı narazılığı varsa tibbi müayinədən özü ayrıca da keçməlidir. “Axşam içki içənləri səhər yoxlandıqda içkili olduqları aşkar olunur. Əslinə baxsaq, bu, qanun pozuntusudur. Belə hallarda sürücünün nə zaman içdiyi yoxlanılmalıdır. Bunun üçün də tibb müəssisələrinə gedib müayinədən keçməlisiniz”.
Bəzi hallarda isə sürücü spirtli içki qəbul etmədiyi halda aparat tam əksini söyləyir. Bəs belə vəziyyətdə sürücü nə etməlidir? Vəkil Emin Kiçikbəyov deyir ki, belə hallarla qaşılaşan sürücü də mütləq şəkildə müayinə edilməlidir.
Sonda isə vəkil içkili vəziyyətdə sükan arxasına oturan insanların daha da ağır cəza almalı olduqlarını vurğulayıb: “İçkili vəziyyətdə avtomobil idarə etdiyiniz zaman həm özünüzü, həm də qarşı tərəfi təhlükə altına ata bilərsiniz. Belə insanlara verilən cəza daha da ağır olmalıdır”.
Qeyd edək ki, sürücü belə hallarda İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinə əsasən 400-500 manat cərimə oluna (5 bal), eləcə də 15 günədək müddətə inzibati qaydada həbs edilə bilər. Həmçinin, sürücülük hüququnun 6 aydan 2 ilədək məhdudlaşdırılması da nəzərdə tutulur.
Sərxoş halda qəza törədən sürücünü isə daha ağır cəzalar gözləyir.
Nurlan Sakitoğlu
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












