Yolun bütün zolaqlarını zəbt edən toy karvanında qayda pozuntusu - VİDEO

Toy karvanları gündəmi məşğul etməyə davam edir. Bu dəfəki karvan nümayəndələri yoldakı bütün zolaqları məşğul etməklə kifayətlənməyərək torpaq yolu da zəbt edib. Avtosfer.az bildirir ki, sosial şəbəkədə yayılan toy karvanının görüntüsü yenə də sürücülərin qayda pozuntusunu özündə əks etdirib. Qanunvericiliyə əsasən karvan üzvləri yalnız sağ zolaqda, bir cərgə üzrə, 5-6 maşından ibarət olaraq hərəkət edə bilər. Burada isə “VAZ” markalı avtomobillər yolun bütün zolaqlarını zəbt edərək nizamsız və təhlükəli şəkildə idarəetmə həyata keçirib. Hətta sürücülərdən ikisi yolun kənarındakı torpaq hissə - yol çiyni ilə hərəkət edərək toz-dumaq qoparıb.
Qeyd edək ki, yol çiyni piyadaların hərəkəti, avtomobillərin məcburi dayanması və operativ nəqliyyat vasitələrinin sıxlıq zamanı istifadə etməsi üçün nəzərdə tutulub. Burada sürücülərin avtomobil idarə etməsi qayda pozuntusu olaraq dəyərləndirilir.
Aysel
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












