Zaqatalada toy karvanında "avtoş"luq edən qazilər - Rayonda nə baş verir? - VİDEO

Zaqatala rayonunda toy karvanında avtoxuliqanlıq edən daha bir neçə sürücünün videosu yayılıb. Avtosfer.az xəbər verir ki, videoda “VAZ 2107” markalı 3 avtomobilin toy karvanında hərəkət etdiyi əksini tapıb. Sürücülər təhlükəli manevrlər edərək sağ-sol hərəkətlərlə şou göstərirlər.
Qeyd edək ki, 2 gün əvvəl Avtosfer.az saytında Zaqatala rayonunda daha bir avtoxuliqanın toy karvanında etdiyi hərəkətlər barədə videogörüntülər yayılmışdı. Avtomobili geriyə idarə edən sürücü əl tormozundan istifadə edərkən maşın aşmışdı. Video yayılandan sonra polis hərəkətə keçib və həmin sürücü saxlanılaraq 25 gün müddətinə inzibati qaydada həbs olunub.
Sonuncu video mayın 15-də çəkilib. Zaqatala rayonunda avtoxuliqanlıq edən sürücülərdən ikisinin qazi olduğu bildirilir. Avtosfer.az-a verilən məlumata görə, belə hallar təssüflər olsun ki, Zaqatala rayonunda mütəmadi olaraq baş verir. Artıq vəziyyət təhlükəli həddədir, sakinlər narahatdır.
Nərminə Əli
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












