"07" yük maşını ilə toqquşdu: YARALILAR VAR

Hadisə bu gün saat 15:00 radələrində Goranboy-Ağcakənd yolunun 12 km- də rayonun Səfikurd kəndindən keçən hissəsində qeydə alınıb. Avtosfer.az regiontv-yə istinadən xəbər verir ki, kənd sakini 57 yaşlı Sərdar Həsənov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə üzü rayon istiqamətində hərəkətdə olarkən həmyerlisi Rauf Şərifovun idarə etdiyi “Ford Tranzit” markalı yük maşınıyla toqquşub. Zərbənin gücündən hər iki avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb, ciddi deformasiyaya uğrayıblar. Qəza nəticəsində minik maşınının sürücüsü ağır bədən xəsarətləri ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, sürücünün vəziyyəti orta ağır olaraq qalır. İlkin ehtimallara görə, qəzaya səbəb yüksək sürət olub. Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, minik maşınının sürücüsünün sərxoş olduğu da söylənilir.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR












