2 dəfə geri dönən pilotun uğursuz cəhdləri – 84 İL ƏVVƏLKİ QƏZANIN TARİXÇƏSİ

Tarix: 20 dekabr 1938
Soyuq bir qış günündə PR-5 (Polikarpov) təyyarəsinin pilotu Yevlağa getmək üçün Bakıdan havaya qalxır.
Lent.az-ın xəbərinə görə, hava şaxtalı olsa da, səma aydın, yol uçuşa əlverişli idi. Uçuş 400 metr yüksəklikdə həyata keçirilirdi, görmə məsafəsi 2 kilometrə yaxın idi.
Lakin qəflətən hər şey dəyişir. Haçıqabula çatmağa az qalmış pilot görür ki, göyün üzü buludlarla doludur və heç yer görünmür. Uçuşu davam etdirməyin mümkünsüzlüyünü görən pilot geriyə - Bakı aeroportuna qayıtmağa qərar verir və təyyarəni 180 dərəcə geri döndərir. 2 dəqiqə sonra qarşıda dağları görən pilot təkrar geri dönür və buludlardan yuxarı qalxmaq üçün yüksəklik yığmağa başlayır. Lakin o, ətrafda heç nəyi görmürdü. 1200 metr yüksəklikdə təyyarədə buzlanma baş verir və tam gücü ilə işləyən mühərrik maşını yuxarı qaldıra bilmir. Buna görə pilot 70 dərəcə bucaq altında alçalmağa qərar verir. Təxminən 700-800 metr yüksəklikdə o, Yeri görür. Dağla toqquşmamaq üçün o, təyyarəni spiral şəklində endirməyə çaslışır və tədricən aşağı enməyə başlayır. Qayalığı görən pilot şturvalı tam özünə tərəf dartaraq yuxarı qalxmaq istəsə də, buna nail olmur. Təyyarənin qabaq hissəsi qayaya çırpılaraq sola aşır. Pilot xəsarət alsa da, qəzadan sağ çıxır.
Komissiyanın rəyinə görə, qəzaya pilotun vaxtında geriyə qayıtmaqla bağlı qərar verməməsi səbəb olub. Qəza həmçinin Puta meteroroloji stansiyasının işinin yarıtmaz olduğunu da ortaya qoydu.
Təyyarəyə gəldikə isə, cəmi 1 il əvvəl istehsal olunmuş maşının təmiri səmərəsiz hesab edilərək doğranıb metal kimi təhvil verilir. Çox az miqdarda detal təkrar işə yarayır.
Qayda pozan qadın sürücü qəza törətdi – Bayker öldü - VİDEO
Aeroport yolunda ağır qəza olub, ölən var - FOTO
Bayılda idarəetmədən çıxan avtomobil binanın həyətinə düşdü - FOTO
Bakı-Qazax yolunda ağır qəza: SÜRÜCÜ HƏYATINI İTİRDİ - VİDEO
Xırdalanda yolu müəyyən olunmamış yerdən keçən piyada vuruldu - VİDEO
Bakı-Qazax yolunda yük maşınları toqquşdu - Ölən var
Ağdaşda "TIR”la “Mercedes” toqquşdu - Sürücü öldü - FOTO
Qayda pozan sürücü yol ayrıcında mopedi belə vurdu - ANBAAN VİDEO
Türkiyədə azərbaycanlı tələbə qəzada öldü - FOTO
Bərdədə asfalta dağılan yağ qəzaya səbəb oldu - VİDEO
Qəzada ölən 17 yaşlı Yusifin FOTOLARI










