Lerikdə 8 nəfərin öldüyü qəza ilə bağlı YENİ XƏBƏR - Yüksək sürət, nasaz tormoz... - VİDEO

Lerikdəki “Baba ocağı” ziyarətgahından qayıdarkən qəzaya düşən Lənkəran sakinləri ilə bağlı yeni faktlar ortaya çıxıb. Avtosfer.az-a verilən məlumata görə, kənd sakinləri hər 20 gündən bir öz aralarında ocaqlara ziyarət təşkil edirmişlər: “Xanımlar ziyarəti öz aralarında təşkil ediblər. Onların hamısı dindar insanlar olub, demək olar ki, hər 20 gündən bir müxtəlif ocaqları ziyarət edirdilər. Lerikdə ocaq var, bu dəfə də oraya gediblər. Qayıdanda Günəşli kəndində sürücü idarəetməni itirib, deyəsən, bir az sürətlə sürürmüş, nəticədə avtomobil beton hasara çırpılıb. Səkkiz nəfər ölüb, onlardan biri Göyşaban, yeddi qadın isə Boladi kənd sakinləridir. Hadisədə doqquz nəfər yaralanıb, hazırda Lənkəran rayon Mərkəzi Xəstəxanasında reanimasiyadadırlar”.
Bildirilib ki, ziyarətə təxminən 40 nəfər gedib: “Sürücü daim onları ocaqlara aparan şəxs olub. Sadəcə hadisə təsadüf nəticəsində baş verib, maşın köhnə olduğuna görə əyləci yaxşı işləməyib. Bu ziyarətə iki maşınla gediblər. Digər avtomobildə də 20 nəfərə yaxın xanım olub, onlar ziyarətdən bir saat tez qayıdıblar”.
oxu.az
Babəkdə qəza oldu - Yaralılar var - FOTO
Lerikdə avtomobil dərəyə aşdı - Bir ailənin üç üzvü xəsarət aldı
Tovuzdakı qəzada ölən 20 yaşlı gəncin FOTOsu
Gəncədə sükan arxasında infarkt keçirən sürücü ölüb - FOTO
Ağdərədə tur avtobusu qəza etdi - Xəsarət alanlar var - ADLAR
Hava Limanı yolunda iki avtomobil toqquşub - FOTOLAR
Bakıda "BYD" "Prius"la toqquşdu: Biri aşdı, digəri isə... - VİDEO
Dərnəgül yolunda ağır qəza; işıq dirəyi avtomobilə girdi - VİDEO
Bakıda motosiklet avtomobilə çırpıldı, yeniyetmə ağır xəsarət aldı
Ağdamda iki "07" toqquşdu; dörd nəfər xəsarət aldı - FOTOLAR
Yuxusuz sürücülərin törətdiyi qəzaların görüntüləri yayıldı - DYP-dən XƏBƏRDARLIQ - VİDEO










