ABŞ səfirliyinin maşını qəzaya düşdü: ölən və yaralı var - FOTO - YENİLƏNİB

ABŞ-ın Azərbaycandakı səfirliyinin avtomobili Bakıda qəza törədib. “Report”un xəbərinə görə, səfirliyə məxsus “Chevrolet” markalı avtomobil motosikletlə toqquşub. Hadisə nəticəsində motosikletdə olan bir nəfər ölüb, digəri yaralanıb. Onların şəxsiyyəti hələ ki, məlum deyil. Qəza ABŞ-ın Azərbaycandakı səfirliyinin qarşısında (Azadlıq prospekti-111) baş verib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
***
APA-nın məlumatına görə, qəza “Honda” markalı motoskletin arxadan “Shevrolet” markalı maşına çırpılması nəticəsində baş verib. “Shevrolet” ABŞ-ın Azərbaycandakı səfirliyinə məxsus olub. Motoskletdə olan kişi sürücü ağır yaralanıb, onun sərnişini Nərmin Əliyeva isə hadisə yerindəcə ölüb. Motoskletin sürücüsü, 1993-cü il təvəllüdlü Qurbanlı Hüseyn Qurban oğlu isə ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Cövdət İsgəndərov deyib ki, hadisə iki motoskletin bir-biri ilə ötüşməsi nəticəsində baş verib: "Əvvəlcə motoskletlər bir-biri ilə toqquşub, onlardan biri zərbədən idarəetməni itirib və maşına çırpılıb, digəri isə hadisə yerindən qaçıb".
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO














