Ağır qəza törədən «Kamaz» sürücüsünü döydülər

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın verdiyi xəbərə görə, hadisə dünən saat 18:30 radələrində yolun 130-cu kilometrliyində, Şamaxının Muğanlı qəsəbəsi ərazisində qeydə alınıb. Şamaxı şəhər sakini, 1950-ci il təvəllüdlü Hacıbaba Osmanovun idarə etdiyi “Kamaz” markalı yük avtomobili qarşı tərəfdən gələn Muğanlı qəsəbə sakini, 1965-ci il təvəllüdlü Azər Hacıyevə məxsus “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı ağır xəsarət alan minik avtomobilinin sürücüsü A.Hacıyevə kömək etmək məqsədilə hadisə yerinə gələn və yolu keçmək istəyən Muğanlı qəsəbə sakinləri olan 1980-ci il təvəllüdlü Soltanov Səxavət Cümşud oğlu, qardaşı 1977-ci il təvəllüdlü Soltanov Samir Cümşud oğlu və 1984-cü il təvəllüdlü Mirzəyev Amil Faiq oğlunu “VAZ 2106” markalı digər avtomobil vurub. Hadisə zamanı piyadaların hər üçü və “VAZ 2106” markalı maşının sürücüsü A. Hacıyev müxtəlif bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə toplaşan Muğanlı qəsəbə sakinləri yaralıları xəstəxanaya yola saldıqdan sonra hadisəni törədən “Kamaz” markalı yük avtomobilin sürücüsü Hacıbaba Osmanovu döyüblər. Ayaq və yumruq zərbələri səbəbindən ağır xəsarət alan Hacıbaba Osmanov Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












