Ağstafada azyaşlı qonşusunu maşınla vurub öldürdü
Qəzalar
11 Noyabr 2020 13:16
Oxunub 826

Ağstafada azyaşlını avtomobil vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 10-da saat 18 radələrində rayonun Zəlimxan kənd sakini 11 yaşlı A.Alızadə evlərinin qarşısında atasına məxsus “VAZ-2106” markalı avtomobili arxaya idarə edərkən həmkəndlisi, səkkiz yaşlı Hüseyn Abadovu vurub. Nəticədə uşaq hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













