Ağstafada minik maşını işıq dirəyinə çırpılıb, sürücü xəsarət alıb

Qəzalar 30 İyul 2021 22:51
Ağstafada minik maşını işıq dirəyinə çırpılıb, sürücü xəsarət alıb
WhatsApp kanalımıza abunə olun

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan minik maşını idarəetmədən çıxıb, nəticədə avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb. Qəza zamanı 1974-cü il təvəllüdlü Əsgərov Nurlan Baloğlan oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 1972
ŞƏRH YAZ
Ad

E-mail

Şərh