Aktauda qəzaya uğrayan təyyarənin avadanlıqları ABŞ-yə göndərildi

Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycanın AZAL aviaşirkətinə məxsus “Embraer-190” təyyarəsinin modul avionik qurğusu ABŞ-dəki “Honeywell İnternational” avadanlığının tərtibatçısına ekspertizaya göndərilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev Astanada keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, müvafiq qərar Azərbaycan, Rusiya, təyyarə istehsalçısı Braziliyanın "Embraer" şirkəti və Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) üzv ölkələrin nümayəndələrinin görüşündən sonra qəbul edilib.
2024-cü il dekabrın 25-də səhər saatlarında Qazaxıstanın Aktau şəhərində AZAL-ın sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarə Bakıdan Qroznıya uçurdu və qəzadan bir qədər əvvəl ekipaj Aktauda təcili eniş tələb edib. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub, 27 sərnişin və iki ekipaj üzvü sağ qalıb.
Qaxda sərnişin mikroavtobusu dərəyə aşdı - VİDEO
Böyükşor yolunda ağır qəza - VİDEO
Türkiyədə TIR-la mikroavtobus toqquşdu 7 nəfər öldü
Novxanıda maşın aşdı: Xəsarət alan var - VİDEO - YENİLƏNİB
Şamaxıda AĞIR QƏZA: Ölən və xəsarət alan var
Mikroavtobus AŞDI - ÖLƏN VAR
Avtomobilin vurduğu piyada 3 gün sonra öldü - FOTO
Göyçayda avtobusla maşın toqquşdu – Xəsarət alanlar var - VİDEO
Yeni Ramanada “Mercedes” avtobusla toqquşdu - VİDEO
Bakıda polkovnik maşınla qadını vurub ÖLDÜRDÜ
Bakıda klinikanın qarşısında ağır qəza: Hadisənin anbaan görüntüsü - VİDEO












