Alimin öldüyü qəza ilə bağlı YENİ QƏRAR

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun cinayət işi üzrənövbəti məhkəmə prosesi keçirilib.
Bu gün Sabunçu rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi prosesi davam edib və "Təhkükəsiz şəhər"in təqdim etdiyi videogörüntülərə baxış keçirilib.
Dövlət ittihamçısı videogörüntülərin keyfiyyətinin aşağı olduğunu əsas gətirərək aydınlaşdırma aparılması üçün ekspertizaya verilməsini təkıif edib.
Tərəflər buna etiraz etməyib.
Daha sonra təqsirləndirilən Azər Maqsudovun vəkili Musa Abdınovun öncəki prosesdə qaldırdığı və açıq saxlanılan vəsatət müzakirə edilib.
Avtoekspertizanın məhkəməyə təqdim etdiyi rəyin nəticəsi açıqlanıb. Vəkil vəsatət verərək yenidən avtoekspertizanın keçirilməsini istəyib.
Məhkəmə vəsatəti təmin edib.
Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Xatırladaq ki, qəza 2023-cü ilin noyabr ayında Sabunçu rayonu ərazisində baş verib.
Azər Maqsudov 2023-cü il noyabrın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi "Mercedes" markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. A.Maqsudov xəsarət alan A.Acaloğlunu dərhal Sabunçu rayon xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub. Türkiyədə yaşayan alim Bakıya noyabrın 16-da keçirilən beynəlxalq elmi konfransda iştirak etmək üçün gəlibmiş./APA
Bakının mərkəzində iki sərnişin avtobusu toqquşdu - FOTO
Bakıda zəncirvari qəza: Beş maşın toqquşdu - VİDEO
Ağır QƏZA: ölən var
Lökbatanda qəza: “Mercedes” və “Toyota” toqquşdu - VİDEO
“Prius” aylardır davam edən təmir zonasındakı maneəyə çırpıldı - VİDEO
Dəhşətli qəzada ölən Elmirin FOTOsu
Hacıqabulda ağır qəza: Yük maşını baryerləri qıraraq əks yola çıxdı - VİDEO
Aydında ağır qəza: İki ölü, bir yaralı
Ankarada dəhşətli qəza: Bir ölü, iki yaralı
Rusiyada avtobusla yük maşını toqquşdu: 11 nəfər yaralandı
19 yaşlı sürücü avtomobillə 14 yaşlı yeniyetməni öldürdü – ANBAAN VİDEO










