Alman vətəndaşı Bakıda «Range Rover»lə qəza törətdi - FOTO

Bakının Xətai rayonunda işıqforun qırmızı işığına məhəl qoymayan sürücü qəza törədib. Lent.az-ın məlumatına görə, hadisə Babək prospektində qeydə alınıb. Almaniya vətəndaşı Hikmet Yiğitdöl idarə etdiyi "Range Rover"lə Fərid Qasımovun idarə etdiyi "Mercedes"i arxadan vurub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər. Aparılan ilkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya "Range Rover"in sürücüsü Hikmet Yiğitdölun işıqforun qırmızı işığına məhəl qoymaması səbəb olub.
Hadisə ilə bağlı yekun qərar yaxınlıqdakı "Təhlükəsiz şəhər" kamerasına baxıldıqdan sonra veriləcək. Faktla bağlı Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsində araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO














