Ana öldü, ata və azyaşlı övladı yaralandı - VİDEO

Abşeron rayonu ərazisində 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Yol qəzası Sumqayıt-Müşfiqabad yolunda qeydə alınıb. APA TV-nin məlumatına görə, yolla qarşı-qarşıya gələn "VAZ-21099" və "Nissan" markalı avtomobillər toqquşub. "VAZ-21099"-da bir ailənin üzvləri - ər, arvad və onların azyaşlı övladları olub. Qəza nəticəsində ata və azyaşlı uşaq xəsarət alıb, qadın isə ölüb. Avtomobil deformasiyaya uğradığından, həlak olan 32 yaşlı Əliyeva Ceyhunə Mustafa qızının meyitini çıxarmaq mümkün olmayıb. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verilib. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb ediliblər. Onlar xüsusi kəsici alətlərdən istifadə etməklə 32 yaşlı qadının sıxılmış vəziyyətdə qalmış meyitini çıxarıblar. Xəsarət alanlar isə təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Qəza zamanı "Nissan"ın sürücüsü də yüngül xəsarət alıb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. İstintaqçılar hadisə yerini müayinə ediblər, qəzanın dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün avtotexniki ekspertiza təyin edilib.
İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












