Anasını görmək üçün Bakıya gəldi, qayıdanda təyyarə qəzasına düşdü

Qazaxıstanda qəzaya uğrayan təyyarənin göyərtəsində Ural Hava Yollarının stüardessası Ramin Ağayev də olub. Lakin 28 yaşlı Raminin adı ölən və yaralananlar siyahısında yer almayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə onun qardaşı Emin Ağayev məlumat yayıb.
Onun sözlərinə görə, qardaşı istirahət günlərində Bakıya anasına baş çəkmək üçün gedibmiş. Bugünki təyyarə ilə isə o, Qroznıya gedəcəkdi.
Ramin iki ilə yaxındır ki, Ural Hava Yollarında stüard vəzifəsində çalışır. Bundan əvvəl o, Kirovda yaşayıb, orada jurnalistika üzrə fərqlənmə diplomu alıb, lakin ixtisası üzrə işləməyib.
"Moskvaya getdi, təhsilini başa vurdu və stüardessa oldu. O, bu işi çox sevir, çoxdan uçmaq istəyirdi”, - stüardessanın qardaşı bildirib.
Ural Hava Yolları Ağayevin ailəsinə bildirib ki, ilkin məlumata görə, Ramin sağ qalıb, lakin hələlik əlaqə saxlamayıb.
(unikal)
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY
Xırdalan dairəsində qəza: Moped “Chevrolet”lə toqquşub aşdı - VİDEO
Bərdədə tanınmış həkimin avtomobillə vurub öldürdüyü Fəridin FOTOsu
Qazaxda ikisi uşaq olmaqla dörd nəfərin öldüyü qəzanın səbəbi bu imiş... - VİDEO
Dəhşətli qəzada ölənlər tanınmış aşığın oğlu və nəvələri imiş - FOTO
Beyləqanda maşın su arxına aşdı - Sürücü öldü
Azərbaycanda ağır qəzada ölən ata və qızın FOTOSU
Təcili yardım maşınıyla tikinti materialı daşıyan sürücü qəza törətdi - VİDEO
Sumqayıtda “KIA” və “Renault” toqquşdu - VİDEO
Yola baxmadan qəfil manevr edən sürücü qəza törətdi - ANBAAN VİDEO












