Aslan Hüseynovu ölümə öz anası aparıb - Faciəvi qəzanın təfərrüatı + VİDEO

"Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı müğənni Aslan Hüseynova həsr olunub. Aslan Hüseynov 1967-ci il mayın 17-də Qazaxıstanın Canbul vilayətində anadan olub. Ailədə iki bacı, iki qardaş olublar. Orta məktəbi elə orada bitirən Aslan daha sonra təhsilini uğurla bitirdiyi Qırğız Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Musiqiyə həvəsi çox olduğundan o, Qazaxıstanda Abay adına Qazax Milli Vokal Studiyasında musiqi təhsili alıb.
Jurnalist Rövşanə Ağasəfqızı mərhum müğənni barədə xatirələrini bölüşüb:
"Mənə sarı güllər gətirmişdi ki, evimin həyətinə əkim. Dedim "niyə sarı gül gətirmisən, deyirlər ki, sarı ayrılıq rəmzidir", o da zarafatca deyirdi ki, "komsomolun canı it canıdır, bizə heç nə olmaz". Yenə də o gülləri əkdim. Hələ də baxanda deyirəm ki, Aslanın gülləridir".
Müğənni Sevda Kazımova Aslan bəyin anasına olan sevgisindən danışıb:
"Aslanla anası bir-birinə çox bağlı idi. Anası Aslanın Moskvaya getməsini istəmirdi. Deyirdi "yol pulunu da qaytaracağam, pensiya pulumu da sənə verəcəyəm, təki sən getmə, mənimlə qal". Aslan gedəndən üç gün sonra anası həyatını itirdi".
Daha ətraflı Baku TV-nin videomaterialında:
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












