Astarada qəza oldu, maşın ikiyə bölündü

Azərbaycanın Astara rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə dekabrın 31-də saat 12.00 radələrində Ələt-Astara magistralının rayonun Pensər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Astara rayon sakini, 1992-ci il təvəllüdlü Emil İbadovun idarə etdiyi “VAZ-2106” markalı, 07-BF-619 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq, əvvəlcə yolun kənarındakı ağaca, daha sonra isə yolun kənarında dayanmış, Astara rayonu Siyəkü kənd sakini, 1976-cı il təvəllüdlü İlqar Əhmədova məxsus “QAZel” markalı, 07-BE-825 dövlət nömrə nişanlı yük maşınına çırpılıb. Zərbənin təsirindən “VAZ-2106” markalı avtomobil iki yerə bölünüb. Avtomobilin sürücüsü sağ baldır sümüyünün sınığı diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Ona burada müvafiq ilkin tibbi yardım göstərildikdən sonra Bakıdakı xəstəxanalardan birinə yola salınıb.
Qəza zamanı “QAZel” markalı maşına da ciddi ziyan dəyib.
İlkin versiya kimi, hadisənin “VAZ-2106” markalı minik avtomobilinin sürət həddini aşması səbəbindən baş verdiyi bildirilir. Dəqiq səbəblər isə avtoekspertizanın verəcəyi rəydən sonra məlum olacaq. Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












