Avtobus ağaca ÇIRPILDI: 8 nəfər ölüb - FOTO

Tailandda avtobusun ağaca çırpılması nəticəsində azı səkkiz nəfər ölüb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Khaosod” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, qəza yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə 16:30) Suratthani əyalətində baş verib. Avtobus krallığın cənubunda yerləşən Yala əyalətinin Betonq şəhərindən Banqkoka gedirdi. Avtobusda 30 sərnişin olub.
Tailandın Yol-nəqliyyat hadisələrinin qabaqlanması idarəsinin məlumatına görə, Yeni il bayramı günlərində beş gün ərzində yollarda ölənlərin sayı 215 nəfərə çatıb, 1,3 mindən çox insan xəsarət alıb.
Qəzaların əsas səbəbləri sürət həddinin aşılması, sərxoş vəziyyətdə avtomobil idarə edilməsi və hərəkət zolağının pozulması olub. İnsidentlərin əksəriyyəti motosikletçilərin iştirakı ilə baş verib.
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO















