Avtobus qəzaya uğradı – 2 ölü, 10 yaralı

Almaniyanın şimal-şərqində yerləşən Brandenburq federal torpağında magistral yolda baş vermiş avtobus qəzası nəticəsində iki nəfər həlak olub, daha 11 nəfər müxtəlif xəsarətlər alıb, onlardan dördünün vəziyyəti ağırdır.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Associated Press” polisə istinadən məlumat yayıb.
Məlumata görə, “Flixbus” şirkətinə məxsus avtobus Berlindən Polşanın Şçeçin şəhərinə gedirmiş. Nəqliyyat vasitəsində sürücü də daxil olmaqla 14 nəfər olub.
İlkin versiyaya görə, sürücü pis hava şəraitində avtobusun idarə edilməsini təmin edə bilməyib və sonucda avtobus aşıb.
Qəza nəticəsində 29 yaşlı qadın və 48 yaşlı kişi həlak olub, onların kimliyi açıqlanmır. 11 nəfər xəsarət alıb, dördünün durumu ağırdır.
İqtidar orqanları hadisənin təfərrüatlarını araşdırır.
Anidən əks yola çıxmaq istədi qəza baş verdi - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO












