Avtobusla toqquşan «011» parçalandı – Qəzadan ŞOK VİDEO

Qazax-Gürcüstan avtomagistralının 352-ci kilometrliyində bir nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Avtosfer.az-ın APA TV-yə istinadən məlumatına görə, Göygöl rayonu Hacıməlik kəndi ərazisində Daşkəsən-Bakı marşrutu üzrə işləyən “Hyundai” markalı sərnişin avtobusu eyni istiqamətdə hərəkətdə olan Goranboy rayon Todan kənd sakini, 40 yaşlı Sarif Həsənəliyevin idarə etdiyi “VAZ 21 011”markalı minik maşını ilə toqquşub. Zərbənin təsirindən yoldan çıxan minik maşını parçalara ayrılıb. Maşındakı əşyalar isə yola səpələnib. Qəza nəticəsində sürücünün 7 yaşlı oğlu Azad Həsənəliyev hadisə yerindəcə ölüb. Sürücünün özü və həyat yoldaşı 31 yaşlı
Elnarə Əliyeva, eləcə də onların 6 yaşlı qızı Aysu Həsənəliyeva ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Qəza zamanı içərisində sərnişinlər olan avtobusda heç kim xəsarət almayıb. Baş vermiş hadisənin təfərrüatları ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












