Avtomobil dini mərasim iştirakçılarını vurub, ölənlər var

Filippinin Bakolod şəhərində avtomobilin dini mərsimdən qayıdan insanları vurması nəticəsində 2 nəfər ölüb, 9 nəfər yaralanıb. Avtosfer.az “Sinhua” agentliyinə istinadən xəbər verir ki, insident aprelin 18-də yerli vaxtla saat 19:30 radələrində, insanların Ehtiraslı Cümə gününə həsr olunmuş yürüşdən kilsəyə qayıtdığı zaman baş verib. Polisin məlumatına görə, bir nəfər hadisə yerində, o biri isə xəstəxanada ölüb. İlkin məlumatlara görə, içərisində sürücü də daxil olmaqla 5 Hindistan vətəndaşının olduğu avtomobil üçtəkərli velosipedə, polis patrul maşınına və tədbirə toplaşan dindarlara çırpılıb. Sürücü saxlanılıb, o, avtomobili sərxoş vəziyyətdə idarə etməkdə şübhəli bilinir. Ehtiraslı Cümə xristianların Allaha xoş gedən qulluqlar və yürüşlər etdiyi matəm və dua günüdür.
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO
Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO
Bakıda mikroavtobus divara çırpıldı - VİDEO












