Avtomobil piyadaları vurdu: 3 yaralı

Şəkidə iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəki şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə dekabrın 21-də gecə saat 23:00 radələrində rayonun Çeşməli kəndindən Şəki şəhərinə gedən yolda baş verib.
Şəki rayonunun Şin kənd sakini, 1978-ci il təvəllüdlü Vidadi Şirin oğlu Dadaşov idarə etdiyi “Opel” markalı 90 BV 052 dövlət nömrə nişanlı avtomobillə Şəki şəhəri istiqamətində hərəkətdə olarkən yolun kənarı ilə gedən piyadalar, Çeşməli kənd sakinləri - 1983-cü il təvəllüdlü Rəşad Üzeyir oğlu Novruzəliyevi və 1978-ci il təvəllüdlü Teymur Nəzir oğlu Muradovu vurub. Qəzadan sonra yaralılar Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar. Şəki MRX-dan bildirilib ki, yaralılardan Rəşad Novruzəliyev xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Digər yaralı Vidadi Dadaşovun xəsarəti yüngül olduğundan, ona ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Qəzaya səbəb dumanlı havaşəraiti göstərilir. Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












