Avtomobili ilə iki maşını əzən sürücü qaçdı - FOTO - VİDEO

Bakının Nərimanov rayonu ərazisində yol qəzası baş verib. “Qafqazinfo”nun məlumatına görə, qəza rayonun K.Rəhimov küçəsində qeydə alınıb. 90-UM-159 dövlət nömrə nişanlı KİA “Optima” markalı avtomobillə 90-GO-012 dövlət nömrə nişanlı “Range Rover” toqquşub. Qəzaya səbəb kimi ilkin olaraq avtomobillərdən birinin dayanma əməliyyatını düzgün yerinə yetirməməsi göstərilir. Qəza nəticəsində ölən və xəsarət alan olmasa da, maşınlara ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
***
Bakıda zəncirvari qəza törədən sürücü hadisə yerindən qaçıb. APA TV-nin məlumatına görə, hadisə Nərimanov rayonu ərazisində baş verib. Koroğlu Rəhimov küçəsi ilə Akademik Həsən Əliyev küçəsi istiqamətində yüksək surətlə hərəkət edən "Hyundai" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə "Hyundai" yol kənarında dayanan "Kia" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən "KİA" da qarşıda dayanan "Range Rover"ə dəyib. Qəzaya səbəb olan sürücü isə avtomobili ilə birlikdə hadisə yerindən uzaqlaşıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə Yol-Patrul Xidmətinin əməkdaşları gəliblər. Qəzanı törədən avtomobilin və sürücünün müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür. Faktla bağlı araşdırmalar davam etdirilir. APA TV
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
















