AZAL təyyarəsini vuran rusiyalı kapitanın ŞOK SƏSYAZISI - FOTO - VİDEO

2024-cü il dekabrın 25-də AZAL-a məxsus "EMBRAER 190" mülki təyyarəsini vuran kapitan Dmitri Paladiçukun çəkdiyi eksklüziv audioyazılar və videogörüntülər yayımlanıb.
Avtosfer.az-ın "Minval Politika"ya istinadən verdiyi xəbərə görə, Dmitri Paladiçuk Rusiya ordusunun fəaliyyət göstərdiyi şəraiti ətraflı təsvir edir.
Səs yazısında Dmitri Paladiçuk nasaz texnika, təchizat çatışmazlığı, Rusiya ordusundakı nizamsızlıqdan söz açır.
Onun sözlərinə görə, 274 saylı döyüş maşınının ekipajı Qroznıya Suriya kampaniyasından sonra pis texniki vəziyyətdə gəlib.
Dmitri Paladiçuk vurğulayıb ki, "Pantsir"ə texniki qulluq göstərilməyib, termal kamera, radar və optik sistemlər nasaz olub. D.Paladiçuk hələ dekabrın 15-də kor-koranə, hədəfi görmədən atəş açmalı olub.
Qeyd edək ki, videoda qeyri-etik ifadələrdən istifadə edilib.
Xatırladaq ki, AZAL-a məxsus "EMBRAER 190" mülki təyyarəsinin vurulması barədə qərarın verilməsində Rusiya Cənub Hərbi Dairəsinin Hərbi Hava Qüvvələrinin (HHQ) və Hava Hücumundan Müdafiə (HHM) 4-cü qvardiya ordusunun 51-ci Hava Hücumundan Müdafiə diviziyasının komandiri, general-mayor Aleksandr Vasilyeviç Tolopilonun şəxsən iştirak etdiyi ehtimal olunur. Bunu ilkin daxili araşdırma zamanı 51-ci HHM Diviziyasının idarəetmə məntəqəsinin əməliyyat növbətçisi, polkovnik-leytenant Nikolay Nikolayeviç Orlyanski deyib. Orlyanski Tolopilonun həmin əmrini alıb və kapitan Dmitri Paladiçuka AZAL-ın mülki təyyarəsinə atəş açmaq barədə komanda verib.
Qaxda sərnişin mikroavtobusu dərəyə aşdı - VİDEO
Böyükşor yolunda ağır qəza - VİDEO
Türkiyədə TIR-la mikroavtobus toqquşdu 7 nəfər öldü
Novxanıda maşın aşdı: Xəsarət alan var - VİDEO - YENİLƏNİB
Şamaxıda AĞIR QƏZA: Ölən və xəsarət alan var
Mikroavtobus AŞDI - ÖLƏN VAR
Avtomobilin vurduğu piyada 3 gün sonra öldü - FOTO
Göyçayda avtobusla maşın toqquşdu – Xəsarət alanlar var - VİDEO
Yeni Ramanada “Mercedes” avtobusla toqquşdu - VİDEO
Bakıda polkovnik maşınla qadını vurub ÖLDÜRDÜ
Bakıda klinikanın qarşısında ağır qəza: Hadisənin anbaan görüntüsü - VİDEO












