Azərbaycanda 25-64 yaşlarında 510 nəfər yol qəzalarında ölüb - FOTOLAR

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda yerləşən ali məktəblərdə tədbirlərə start verib.
Bu barədə idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
Onun sözlərinə görə, ilk belə tədbir Bakı Slavyan Universitetində baş tutub: “Tədbirin məqsədi gənclərə yol hərəkəti qaydalarının ciddi şəkildə öyrədilməsi və bu qaydaların həyati əhəmiyyətli olduğunu bildirməkdir. Qaydaları gündəlik həyatımızda “bilmədim”, “görmədim”, “tələsirdim” kimi xırda bəhanələrə qurban verməmək lazım olduğunu vurğuladıq. Belə tədbirlər ilin sonunadək bir sıra ali təhsil ocaqlarında keçiriləcək. Gənclərimizin nizam-intizamlı həyat tərzi sürmələri üçün lazım olan tədbirləri hədəfləmişik. Digər universitetlərdən də belə tədbirlər üçün şərait yaratmağı xahiş edirik”.
Qeyd edək ki, 2021-ci ildə yol-nəqliyyat hadisələrində 7 yaşa qədər 13, 7-16 yaş aralığında 36, 18-20 yaş arasında 17, 21-24 yaş aralığında 38, 25-64 yaş aralığında 510, 65 yaşdan yuxarı isə 84 nəfər ölüb. (lent.az)
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO
















