Azərbaycanda 5 nəfəri maşın vurub ÖLDÜRDÜ

Qəzalar 8 Avqust 2022 16:29 Oxunub 6990
Azərbaycanda 5 nəfəri maşın vurub ÖLDÜRDÜ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda 5 piyadanı maşın vurub öldürüb.

DİN-dən Avtosfer.az-a verilən məlumata görə, avqustun 7-i saat 1 radələrində Xəzər rayonu Qala qəsəbəsinin ərazisində Bakı şəhər sakini V.Əliyev idarə etdiyi “Audi” markalı avtomobillə Şəki rayon sakini Ceyhun İsmayılovu vurub. 

Nəticədə piyada hadisə yerində ölüb. Xəzər RPİ-də araşdırma aparılır. 

Digər hadisə avqustun 6-ı saat 17 radələrində Nərimanov rayonu Atatürk prospektində baş verib. Belə ki, paytaxt sakini A.Bayramov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Səlim Məcidovu vurub. 

Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Nərimanov RPİ-də araşdırma aparılır.

Daha bir qəza isə avqustun 6-ı saat 21 radələrində Sumqayıt şəhəri 12-ci mikrorayonun ərazisində qeydə alınıb. 

İsmayıllı rayon sakini R.Sadıqov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Rövşən Allahverdiyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb. Sumqayıt ŞPİ-də araşdırma aparılır.

Bunlardan başqa, avqustun 7-i saat 22 radələrində Abşeron rayonu Müşfiq qəsəbəsinin ərazisində Qobustan rayon sakini A.Nuriyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Pərviz Surxayevi vurub. 

Nəticədə piyada hadisə yerində ölüb. Baş İstintaq və Təhqi    qat İdarəsi tərəfindən araşdırma aparılır.

Avqustun 7-i saat 12 radələrində Goranboy rayonu Borsunlu kəndinin ərazisində maşın piyadanı vurub. 

Belə ki, Cəlilabad rayon sakini E.Əmiraslanov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Mirzə Kazımovu vurub. 

Sürücü hadisə yerini tərk etməyə cəhd edərkən yolun kənarında dayanan Bakı şəhər sakini C.Şahbazova məxsus “Mercedes” markalı avtomobili də vurub. Daha sonra avtomobildən düşərək oradan uzaqlaşıb.

Nəticədə piyada hadisə yerində ölüb. E.Əmiraslanov isə saxlanılıb.  

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh