Azərbaycanda dəhşət; «Mersedes» iki yerə parçalandı – FOTO -18+

Cəlilabad rayonunda baş vermiş dəhşətli qəzada biri azyaşlı olmaqla 2 nəfər ölüb. Avtosfer.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistaral yolunun 116 cı km-nin Cəlilabad rayonundan keçən hissəsində baş verib. Sumqayıt şəhər sakini, 1974 cü il təvəllüdlü Ziya Mirhicaz oğlu Mahmudov idarə etdiyi "Mersedes " markalı minik avtomobillə Astara istiqamətində hərəkətdə olarkən avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Sürücünün idarəetməsinən çıxan avtomobil ilk öncə ağaca çırpılıb, daha sonra iki hissəyə parçalanmış avtomobilin bir hissəsi digərindən 20 metr kənara yuvarlanıb.
Qəza nəticəsində avtomobilin sürücüsü və adı hələlik məlum olmayan bir azyaşlı uşaq dünyasını dəyişib. Avtomobildə olan sərnişinlər Masallı rayon sakinləri, 11 yaşlı Əkbərov Nihad Tehran oğlu və 44 yaşlı Mahmudov Şahin Mirhicaz oğlu müxtəlif bədən xəsarətləri ilə Biləsuvar mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralılardan azyaşlı Nihad Əkbərovun vəziyyəti ağır olduğu üçün Bakıya gətirilib. İlkin ehtimala görə, qəzaya sürücün avtomobili yüksək sürətlə idarə etməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO

















