Azərbaycanda dəhşətli qəza: 6 yaralı

Tərtər - Goranboy yolunun 2 ci kilometrliyində ağır yol qəzası baş verib. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, Ağcabədi rayon Taynaq kənd sakini 28 yaşlı Səxavət Rüstəmovun idarə etdiyi «VAZ 2106» markalı avtomobil qarşıdan gələn «VAZ 21011» markalı avtomobillə toqquşub. Zərbə nəticəsində «VAZ 2106»da olan 4 nəfər, Ağcabədi rayon Taynaq kənd sakinləri 27 yaşlı Xəyalə Nuriyeva, 51 yaşlı Nazim Rüstəmov, 45 yaşlı Cəmilə Səfərova və sürücü Səxavət Rüstəmov, digər avtomobildə olan 2 nəfər Tərtər rayon Hacıqərvənd kənd sakinləri 28 yaşlı Azər Haqverdiyev və 25 yaşlı Təbriz Haqverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO














