Azərbaycanda meyit daşıyan avtomobil qəza törədib

Ələt-Astara-İran avtomobil yolunun 128-ci kilometrliyində - Cəlilabad rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, qəza zamanı üzü Astara rayonu istiqamətində hərəkət edən 1992-ci il təvəllüdlü Yardımlı rayon sakini Səmədov Orxan Elxan oğlunun idarə etdyi "Hyundai H1" markalı yük avtomobil ilə 1978-ci il təvəllüdlü Cəlilabad rayon sakini Dadaşov Çingiz Zakir oğlunun idarə etdiyi eyni markalı minik maşını toqquşub. Qəza zamanı yük maşını minik maşınının arxa hissəsinə çırpılıb. Hadisə zamanı hadisəyə səbəb olan yük maşınının sürücüsü O.Səmədov xəsarət alıb. O, Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, hadisə zamanı O.Səmədovun yük maşınında meyit olub. Ehtimala görə, sürücü dəfn mərasiminin keçiriləcəyi Lerik rayonuna tələsdiyindən qarşısındaki nəqliyyat vasitəsi ilə ara məsafəsini düzgün seçməyib və nəticədə hadisə baş verib.
Qəza ilə bağlı isə artıq Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma başlanılıb. Qəzada iştirak edən sürücülərin izahatları alınıb. Hadisənin səbəbləri araşdırılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












