Azərbaycanda qar yolda can aldı - FOTO

Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə fevralın 21-də Ələt-Astara magistralının rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Beyləqan rayon sakini, 1990-cı il təvəllüdlü Cavidan Ramazan oğlu Muxtarovun idarə etdiyi “Opel” markalı, 99 EL 192 dövlət nömrə nişanlı minik avtomobili Cəlilabad rayonunun Muğan kənd sakini, 1935-ci il təvəllüdlü Qulamhüseyn Kəlbi oğlu Əlihüseynovun idarə etdiyi “VAZ-2107” markalı, 44 BL 357 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən hər iki avtomobil ciddi zədələnib, həmçinin “VAZ-2107”-nin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin versiya kimi qəzanın yolun qarlı olması səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiq başvermə səbəbləri isə avtoekspertizanın verəcəyi rəydən sonra məlum olacaq
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR

















