Azərbaycanda qayda pozan "Prius" yük maşınının altında qaldı - REAL VİDEO

Sentyabrın 20-də saat 23:00 radələrində Hacıqabul–Horadiz yolunun Sabirabad rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. İlkin araşdırma zamanı müəyyən edilib ki, “Toyota Prius” markalı avtomobilin sürücüsü 2.4 “Yol ver” nişanının tələbini pozaraq köməkçi yoldan əsas yola anidən daxil olub və bu zaman hərəkətdə olan “Mercedes” markalı yük avtomobili ilə toqquşub.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, sürücülər yolda hərəkət intensivliyinin yüksək olub-olmamasından və günün istənilən saatından asılı olmayaraq, yol nişanlarının tələblərinə mütləq riayət etməli, köməkçi yoldan əsas yola daxil olarkən isə yalnız hərəkətin tam təhlükəsiz olduğuna əmin olduqdan sonra hərəkətə başlamalıdırlar: "Unutmayaq ki, bu qaydaların pozulması qəfil toqquşmalara və bir çox hallarda ağır nəticələrə səbəb olur.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün sürücülərin diqqətinə çatdırır ki, yol nişanlarının tələblərinə əməl etmək və sükan arxasında məsuliyyətli davranmaq yollarda təhlükəsizliyin əsas təminatıdır", - deyə məlumatda qeyd olunub".
Dəhşətli qəzada ölən şəxs müəllim imiş - FOTO
Bakı-Quba yolunda qəza - Bir maşın qarğıdalı yola töküldü - VİDEO
Qubada maşın ağaca çırpıldı - Ölən var - FOTO
Ağcabədidə AĞIR QƏZA: ÖLƏN və yaralılar var - YENİLƏNİB
Bakıda ağır qəza: ÖLƏN və xəsarət alanlar var - FOTO
Qırmızıdan keçən sürücü qəza törətdi; piyadalar ölümdən son anda qurtuldular - VİDEO
Boş yolda qəza: Sürücü avtomobili körpüyə çırpdı - VİDEO
Mingəçevirdə avtomobillər toqquşub - FOTO
Gəncədə “BMW” və “Changan” toqquşdu - Xəsarət alanlar var - FOTOLAR
Toya gedən ailə Cəlilabadda qəzaya düşdü - Ölən və xəsarət alanlar var - FOTO - VİDEO
Naxçıvanda yol qəzası olub, yaralı var - FOTOLAR









