Azərbaycanlı aktrisa qəzaya düşdü, sığorta şirkəti ziyanı qarşılamır - FOTO

Rus Akademik Dram Teatrının aktrisası Rumiyyə Ağayeva qəzaya düşüb.
Avtosfer.az xəbər verir ki, hadisə Zorge parkı yaxınlığında baş verib.
Aktrisa bildirib ki, o, öz hərəkət zolağında avtomobilini idarə edərkən taksi sürücüsü "Yol ver" işarəsinə məhəl qoymayaraq yola çıxıb və nəticədə toqquşma baş verib. Rumiyyə qeyd edib ki, taksi sürücüsünün maşını sığortalı olmadığına görə şirkət dəymiş ziyanı qarşılamır:
"Qanuna görə hər iki avtomobil sığortalı olmalıdır. Lakin taksi sürücüsünün sığortası olmayıb və bu səbəbdən şirkət dəymiş ziyanı ödəmir. Bunun üçün ya məhkəməyə müraciət etməliyəm, ya da qarşı tərəflə danışıqlar aparmalıyam".
R.Ağayeva əlavə edib ki, taksi sürücüsü dəymiş ziyanı ödəyəcəyinə dair vədlər versə də əməl etmir:
"Az-az verəcəyəm" dedi. Mən razı olmadım. Zəmant yoxdur ki, həmin sürücü sabah "yoxa çıxmayacaq". Hətta ustası da razı olmadı. Yalançıdır. Bu, onun borcudur, yaxşılıq deyil. Ona dedim ki, pul tap, ödə. Cavab verdi ki, "Get hara şikayət edirsən, et. Allah köməyin olsun". Məhkəməyə müraciət etməliyəm. Ailəm bu maşından istifadə etməlidir. Maddi və mənəvi dəyən ziyan. Allah köməyim olsun".



Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












