Azərbaycanlı sürücü 22 yaşlı qızı vurub

Ukraynanın Xarkov şəhərində 20 yaşlı həmyerlimizin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, hadisə bazar ertəsi günorta saatlarında Blüxer küçəsində, Əczaçılıq Universitetinin yaxınlığında qeydə alınıb. Ukrayna Dövlət Avtomobil Müfəttişliyinin Xarkov vilayəti üzrə İdarəsinin Profilaktika şöbəsinin baş müfəttişi Oleq Nikonenkonun məlumatına görə, "VAZ 2107" markalı avtomobil 22 yaşlı qızı vuraraq təşvişə düşüb və hadisə yerindən qaçmaq qərarına gəlib. Lakin hadisə şahidi olan digər "VAZ 2107"nin 42 yaşlı sürücüsü onu təqib etməyə başlayıb və Akademik Pavlov küçəsində həmyerlimizin qarşısını kəsərək hadisə yerinə milis çağırıb. Müəyyən olunub ki, Azərbaycan əsilli şəxs Xarkov universitetlərindən birinin tələbəsidir. Qəza nəticəsində qız baldırının sınığı və qapalı kəllə-beyin travması alıb. Hazırda yol-nəqliyyat hadisəsinin başvermə səbəbləri araşdırılır.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR












