Azyaşlını vuran "06" aşdı - Tovuzda ağır yol qəzası - FOTO

Tovuz rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində yerləşən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. 1979-cu il təvəllüdlü Ramin Həsənov idarə etdiyi VAZ 2106 markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu qarşı tərəfə keçmək istəyən azyaşlını vurub. Qəzadan sonra avtomobil idarəetmədən çıxaraq yol kənarındakı fərdi yaşayış evinin həyətinə aşıb. Nəticədə azyaşlı müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə zamanı sürücü xəsarət almayıb. İlkin məlumata görə, azyaşlı avtobusdan düşdükdən sonra yolu keçmək istəyərkən qəza baş verib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.



Qaxda sərnişin mikroavtobusu dərəyə aşdı - VİDEO
Böyükşor yolunda ağır qəza - VİDEO
Türkiyədə TIR-la mikroavtobus toqquşdu 7 nəfər öldü
Novxanıda maşın aşdı: Xəsarət alan var - VİDEO - YENİLƏNİB
Şamaxıda AĞIR QƏZA: Ölən və xəsarət alan var
Mikroavtobus AŞDI - ÖLƏN VAR
Avtomobilin vurduğu piyada 3 gün sonra öldü - FOTO
Göyçayda avtobusla maşın toqquşdu – Xəsarət alanlar var - VİDEO
Yeni Ramanada “Mercedes” avtobusla toqquşdu - VİDEO
Bakıda polkovnik maşınla qadını vurub ÖLDÜRDÜ
Bakıda klinikanın qarşısında ağır qəza: Hadisənin anbaan görüntüsü - VİDEO












