Bakı-Quba yolunda dəhşətli qəza: “Hyundai” yük maşının altında qaldı, sürücüsü öldü - VİDEO

Bakı-Quba yolunun 29-cu kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ağır qəza aprelin 18-də saat 12:26 radələrində qeydə alınıb: “Belə ki, Cəlilov Fəzail Elşad oğlunun idarə etdiyi 99-BT-665 dövlət nömrə nişanlı “Hyundai Elantra” markalı avtomobillə hərəkətdə olarkən yol kənarında dayanmış Məhərrəmov Namiq Tahir oğluna məxsus 99-RR-219 dövlət nömrə nişanlı “DAF” markalı yük maşınının qoşqusuna çırpılıb. Zərbənin təsirindən maşının ön hissəsi yük avtomobilinin altında qalıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib”.
Qeyd edək ki, hadisə yerinə polis əməkdaşları və evakuator cəlb olunub.
Faktla bağlı araşdırma davam edir.
Nərmin




Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO
Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO
Bakıda mikroavtobus divara çırpıldı - VİDEO













