Bakı-Sumqayıt şosesində 3 avtomobil toqquşub, xəsarət alan var - FOTO

Bakı-Sumqayıt şosesinin Binəqədi rayonunun ərazisinə düşən hissəsində yol-nəqliyyat hadisəsi baş verib, 1 nəfər xəsarət alıb.
Avtosfer.az-ın xəbərinə görə, hadisə Ekologiya postunun yaxınlığında qeydə alınıb. “Chevrolet” markalı avtomobilin sürücüsü yüksək sürətlə Naib Əhmədovun idarə etdiyi “VAZ-2104” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində N.Əhmədov xəsarət alıb. Zərbənin təsirindən “VAZ-2104” eyni istiqamətdə hərəkətdə olan “Toyota” markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində 3 avtomobilə ciddi ziyan dəyib. Əraziyə Yol-patrul xidmətinin əməkdaşları cəlb edilib. Sürücüyə tibbi yardım göstərilib.
Qəzaya görə Bakı-Sumqayıt şosesinin Sumqayıt istiqamətində tıxac yaranıb. Hər 3 avtomobil ərazidən götürülüb. Yol-patrul xidmətinin əməkdaşları hərəkəti tənzimləyir.
***
00.25
Bakı-Sumqayıt yolunda “Lada”, “Chevrolet Malibu” və “Toyot Land Cruiser” markalı avtomobillər toqquşub.
APA-nın xəbərinə görə, hadisə Ekologiya postuna yaxın ərazidə baş verib.
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO
Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO
Bakıda mikroavtobus divara çırpıldı - VİDEO
Binəqədidə ağır qəza: “KamAZ”la “BYD” toqquşdu – VİDEO
Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB
Türkiyədə azərbaycanlı qadın aşan TIR-ın altında qalaraq öldü - FOTO - VİDEO
Tormozu tutmayan “KamAZ” dərəyə aşdı - VİDEO
Bərdədə avtomobil eşşək arabası ilə toqquşdu - ÖLƏN VAR











