Bakıda 15 yaşlı yeniyetməni avtomobil vurdu, vəziyyəti ağırdır
Qəzalar
27 Avqust 2020 22:37
Oxunub 1452

Bakıda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, Hövsan qəsəbəsində 2005-ci il təvəllüdlü Əliyev Emin Azər oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol baldır sümüklərinin açıq qəlpəli sınıqları diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













