Bakıda 20 yaşlı motosikletçini avtomobil vurub

Qəzalar 8 Noyabr 2021 09:20
Bakıda 20 yaşlı motosikletçini avtomobil vurub
WhatsApp kanalımıza abunə olun

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Motosikletlə hərəkətdə olan 2001-ci il təvəllüdlü Rüstəmov Kənan Elnur oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı sol bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

"Report"

Oxunub : 1322
ŞƏRH YAZ
Ad

E-mail

Şərh