Bakıda 3 nəfərin öldüyü dəhşətli qəzanın təfərrüatları bilindi

Ötən gün gecə saatlarında Bakının Xəzər rayonunun Türkan qəsəbəsində 3 nəfərin ölümü, 1 nəfərin ağır yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı 48 yaşlı Saxəddin Hacıyevin idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə yüksək sürətlə qəsəbədən şəhər istiqamətində hərəkətdə olarkən idarə etməni itirib. Nəticədə avtomobil yol kənarında dayanan “MAZ” markalı yük avtomobilinə arxadan çırpılıb. Zərbənin təsirindən “Jiquli” deformasiyaya uğrayıb. Hadisə yerinə gələn Fövqaladə Hallar Nazirliyinin xilasediciləri xüsusi alət avadanlıqların köməkliyi ilə avtomobildə sıxılıb qalan sürücü və iki sərnişini - 37 yaşlı İsgəndərov Qüdrət Ziyəddin oğlu və 21 yaşlı İbiyev Cəlal Şüveyd oğlunun meyidini çıxara biliblər. Maşında olan daha bir sərnişin 21 yaşlı Hüseynov Vüqar İbrahim oğlu isə xəsarət aldığından ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralıya tibbi yardım göstərilib vəziyyəti ağır olaraq qalır. İlkin ehtimala görə, qəza yüksək sürət və yolun qaranlıq olması səbəbindən baş verib.
Faktla bağlı Xəzər rayon polis idarəsində cinayət işi başlanıb. Qəzanın səbəblərini müəyyən etmək üçün avtotexniki və tibbi ekspertiza təyin olunub. Araşdırmalar davam etdirilir.
Emin
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












