Bakıda 6 maşın toqquşdu; 3 yaşlı uşaq öldü

Dünən Heydər Əliyev prospektində zəncirvari qəza olub. Avtosfer.az Bakı şəhər BPİ-ə istinadən xəbər verir ki, noyabrın 21-də saat 13:00 radələrində, Heydər Əliyev prospektində Bakı şəhər sakinləri 1978-ci il təvəllüdlü Gülağa Fərzəliyevin “Reno”, 1984-cü il təvəllüdlü Məmməd Nəcəfovun “Mercedes”, 1953-cü il təvəllüdlü Əşrəf Həsənovun “Mercedes”, 1979-cu il təvəllüdlü Natiq Xəlilovun “Honda”, 1977-ci il təvəllüdlü Xəyal Rzayevin “Hyundai”, 1968-ci il təvəllüdlü Asəf Eyvazovun idarə etdiyi “Mitsubişi” markalı avtomobillər toqquşub. Sürücülər M.Nəcəfov, Ə.Həsənov, G.Fərzəliyev və onun sərnişini 2003-cü il təvəllüdlü Xaliq Rəhimli, “Honda” avtomobilinin sərnişinləri – 1981-ci il təvəllüdlü Nuray Xəlilova, 2014-cü il təvəllüdlü Munisə Xəlilova və bacısı 2011-ci il təvəllüdlü Surə Xəlilova xəsarət alaraq müxtəlif tibb müəssisələrinə yerləşdirilib. S.Xəlilova saat 16:30 radələrində xəstəxanada ölüb, digər yaralılar yardım alıb evə buraxılıb.
Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.
Emin
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












