Bakıda ağır yol qəzası: Toya hazırlaşan bir ailə həlak oldu - VİDEO (Yenilənib)

Bakıda baş vermiş yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Avtosfer.az Oxu.az-a istinadən məlumatına görə, qəzada ölən şəxslər dekabrın 24-də baş tutacaq toy məclisi üçün Bakıya gəlirmişlər.
Onların gəlinin bibiləri olduğu bildirilib.
Qeyd edək ki, nəzərdə tutulan toy məclisi təxirə salınıb.
***
Bakının Qaradağ rayonunda baş verən ağır avtomobil qəzasının bəzi detalları məlum olub.
Avtosfer.az-ın məlumatına görə, bu barədə Baş Dövlət Yol Polis İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev Oxu.az-a bildirib ki, ağır yol-nəqliyyat hadisəsi saat 16:15-də Bakı-Qazax yolunun 17-ci kilometrliyində qeydə alınıb.

"Mercedes-Benz" markalı 77-NT-576 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı iaşə obyektinə çırpılıb.
Avtomobilin içərisindəki 3 nəfər həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
***
Bakının Qaradağ rayonunda, Bakı-Qazax yolunun 17-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Məlumata əsasən, "Mercedes" markalı minik avtomobili idarəetməni itirirək yol kənarında yerləşən maneəyə çırpılıb və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən edilib.
Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə yol-nəqliyyat qəzası zamanı həyatını itirmiş üç nəfərin - 1960-cı il təvəllüdlü Xatun Tofiq qızı Əliyeva, 1964-cü il təvəllüdlü Akif Əlisamid oğlu Əliyev və 1967-ci il təvəllüdlü Lətafət Tofiq qızı Əliyevanın meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bakıda yeddi avtomobil toqquşdu - FOTO - VİDEO - YENİLƏNİB
Qubada qəza: İki “VAZ” toqquşdu - VİDEO
Bərdədə faciəli şəkildə həlak olan hərbçinin FOTOsu - YENİLƏNİB
Makaron daşıyan yük maşını aşdı - Məhsul yola dağıldı - VİDEO
Kürdəmirdə idarəetmədən çıxan “VAZ” ağaca çırpıldı - VİDEO
İki nəfər ölüb, yaralılar var - FOTOLAR - YENİLƏNİB
Oğuzda iki avtomobil toqquşdu, bir nəfər xəsarət aldı - VİDEO
Son iki gün ərzində 6 piyadavurma olub, 4 nəfər ölüb
Sürücü məsafəni düzgün hesablamadı, avtobus obyektə çırpıldı - VİDEO - YENİLƏNİB
Polis diqqətsiz sürücülərin törətdiyi qəza görüntülərini paylaşdı - VİDEO
Sumqayıtda avtomobilin vurduğu piyada öldü - FOTO











