Bakıda ahıl kişini avtomobil vurub

Qəzalar 20 Avqust 2022 10:29
Bakıda ahıl kişini avtomobil vurub
WhatsApp kanalımıza abunə olun

Bakının Nəsimi rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Moskva prospektində qeydə alınıb.

“Şamaxinka” kimi tanınan ərazidə yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən 1941-ci il təvəllüdlü Quliyev Vaqif Qulu oğlunu minik avtomobili vurub. 81 yaşlı kişi ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarl tərəfindən araşdırma aparılır.

Oxunub : 1136
ŞƏRH YAZ
Ad

E-mail

Şərh