Bakıda avtobus YPX maşınını arxadan vurub işıq dirəyinə çırpdı - FOTO
Qəzalar
13 Sentyabr 2023 13:38
Oxunub 5998

Dərnəgül yolunda Dövlət Yol Polisinin xidməti avtomobili qəzaya uğrayıb. Avtosfer.az-ın məlumatına əsasən, yol-nəqliyyat hadisəsi dünən səhər saat 08:55 radələrində baş verib. Belə ki, 99-YP-433 dövlət nömrə nişanlı, “Mercedes” markalı DYP avtomobilini öncə avtobus arxadan vurub. Daha sonra idarəetmədən çıxan YPX maşını işıq dirəyinə çırpılıb. Qəza zamanı yol polisi əməkdaşı yüngül xəsarət alıb, maşına ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














