Kadırov NATO-ya müharibə elan etdi

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynaya silah tədarük edən və kəşfiyyat məlumatları ötürməklə yardım göstərən ölkələrə qarşı "atəş açmağa" çağırıb.
Avtosfer.az xəbər verir ki, Çeçenistan lideri bu barədə özünün "Telegram" kanalında paylaşım edib.
"NATO abbreviaturası arxasında gizlənərək heç nədən çəkinmədən, açıq-aşkar və meydan oxuyaraq Ukrayna faşistlərinə silah, kəşfiyyat məlumatları və digər dəstəyi verən ölkələrdən başlamaq heç də pis olmazdı. Atəş açmaq vaxtıdır, vəssalam! Onlar trotil qoxusunu hiss edən, Kalaşnikovun səsini və T-90 tanklarının gurultusunu eşidən kimi hər şeyi anlayacaq və doğru yola gələcəklər", - deyə Kadırov bildirib.
Qeyd edək ki, Çeçenistan rəhbəri bundan əvvəl də Qərb ölkələrinin Ukrayna münaqişəsindəki rolunu kəskin tənqid edən bəyanatlarla çıxış edib./musavat/
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












