Məktəblərdə böyük dəyişiklik elan edildi: Sentyabrdan başlayır – Detallar

Azərbaycanda bu ilin sentyabrından məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək.
Bəs bu “gənc” fənləri tədris edən müəllim korpusu varmı, yetişibmi?
Avtosfer.az-ın məlumatına görə, "Globalinfo"ya danışan təhsil eksperti Elçin Əfəndi deyib ki, bu təşəbbüsün əsas məqsədi şagirdlərdə süni intellekt və kibertəhlükəsizlik sahələrində ilkin bilik və bacarıqların formalaşdırılmasıdır:
“Yeni fənlərin tədrisinə əmək bazarında informasiya texnologiyaları ixtisası üzrə təhsil almış, süni intellekt və maşın təlimi sahəsində ixtisaslaşmış, kompüter elmləri üzrə bakalavr təhsili olan mütəxəssislər, eləcə də riyaziyyat müəllimləri cəlb oluna bilərlər. Məhz bu istiqamət üzrə hazırlığı olan mütəxəssislərin dərslərin tədrisində iştirak etməsi daha məqsədəuyğundur”.
Ekspert bildirib ki, bu fənlər üçün Azərbaycan dili, riyaziyyat və digər əsas elm sahələrində olduğu qədər dərs saatı ayrılmayacaq:
“Lakin mərhələli şəkildə tədris prosesi təşkil olunacaq. Perspektivdə isə məhz bu sahələr üzrə pedaqoji kadr hazırlığının gücləndirilməsinə ehtiyac yaranacaq. Gələcəkdə ya riyaziyyat müəllimliyi proqramları çərçivəsində süni intellekt və əlaqəli mövzuların tədrisi nəzərdə tutulmalı, ya da kibertəhlükəsizlik və kompüter elmləri üzrə ixtisaslaşmış mütəxəssislər birbaşa tədris prosesinə cəlb edilməlidirlər”.
Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinə, eləcə də qurumun nəzdində olan Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə sorğu ünvanladıq.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












