Bakıda tanınmış jurnalistin başına iş gəldi - Görün nə ediblər - FOTO - VİDEO

Paytaxtın Həsən Əliyev küçəsi 15 ünvanında yerləşən "İtaliano Parati" divar kağızları mağazasında istehlakçı hüquqlarının kobud şəkildə tapdalanması, vergidən yayınma və vətəndaşın mülkünə qəsdən ziyan vurulması ilə bağlı növbəti rüsvayçı hadisə ictimaiyyətin ciddi narahatlığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, bununla bağlı paylaşım edən tanınmış jurnalist Zamirə Dadaşova qeyd edib ki, mağazadan ümumi dəyəri 2300 manat olan divar kağızları alıb və ödənişi nağd şəkildə həyata keçirib. Jurnalistə rəsmi kassa çeki əvəzinə yalnız adi qaimə təqdim edilməsi ilə başlayan qanunsuzluqlar zənciri, sonradan keyfiyyətsiz məhsulun divarda qaralması və mağaza rəhbərliyinin özbaşınalığı ilə pik həddə çatıb.
Mağazanın göndərdiyi mütəxəssisin materialın qüsurlu olduğunu etiraf etməsindən və zərərin qarşılanacağı vədindən sonra mənzilə gələn ustalar, divar kağızlarını cıraraq evi bərbad günə qoyub, ardınca isə heç bir iş görmədən mənzili tərk ediblər. Hadisə ilə bağlı artıq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırova və Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova rəsmi müraciətlər ünvanlanıb.
Jurnalistin sözlərinə görə, mağazanın Rasif adlı satıcısı tərəfindən xarici istehsal adı ilə endirimdə satılan divar kağızlarının sonradan yerli və keyfiyyətsiz mal olduğu bəlli olub, yaranmış problemi həll etmək adı ilə evə soxulan ustalar isə mənzilə qəsdən maddi ziyan vurublar: "Mənim pul verib aldığım aboyu sizin ustalarınız hansı ixtiyarla cırıb yerə tökürlər? Əgər dəyişməyəcəkdinizsə, buna nə əsasla müdaxilə etmisiniz? Bəlkə mən həmin qara ləkəli divar kağızları ilə yaşamağa razı olardım? Özünü mağaza müdirinin oğlu kimi təqdim edən Həmid adlı şəxs iradlarımıza məhəl qoymayaraq 'Gedib kimə istəyirsiniz şikayət edin' deyib mənzili kobud şəkildə tərk etdi. Mağazanın göndərdiyi ustalar 16 iyul 2026-cı il tarixində evimdəki divar kağızlarını tamamilə sökdükdən sonra heç bir əvəzləmə etməyəcəklərini bildirərək böyük bir özbaşınalığa imza atdılar".
Dadaşova qeyd edib ki, "İtaliano Parati" mağazasının istehlakçıları aldatması, nağd dövlət rüsumlarından yayınması və vətəndaşın mülki hüquqlarını heçə sayması cəzasız qalmamalı, aidiyyəti dövlət qurumları bu dərəbəyliyə qətiyyətlə son qoymalıdır:"Mən adi, sıradan bir Azərbaycan vətəndaşıyam və dövlətimə, dövlətimin qanunlarına güvənirəm. Bilirəm haqq ədalət məndən yanadır. Bu məsələni sonadək ictimailəşdirəcəyəm ki, başqa vətəndaşların da başına belə oyunlar açılmasın, heç kim bu mağazanın yalanlarının qurbanına çevrilməsin. Mağazanın həm maliyyə fəaliyyəti, həm də istehlakçılara qarşı etdiyi bu qanunsuzluq hüquqi müstəvidə ən sərt şəkildə cəzalandırılmalıdır"./nocomment.az
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO














